Küçə itinə soyuq silahla xəsarət yetirən şəxs saxlanılıb
Bugün
397
Siyasət
A
Küçə itinə soyuq silahla xəsarət yetirən şəxs saxlanılıb

Sahibsiz iti yaralayan şəxs saxlanılıb. 

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs Rustavi şəhərində soyuq silahdan istifadə edərək sahibsiz itə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Bildirilib ki, bu cinayətə görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Polis İdarəsinin əməkdaşları heyvana qarşı qəddar rəftar etməkdə təqsirləndirilən, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan şəxsi saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Rustavi şəhərində soyuq silahla sahibsiz itə xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Sahibsiz heyvan sığınacağa aparılıb və hazırda ona müvafiq tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanlarının apardığı istintaq tədbirləri nəticəsində cinayəti törədən kişi təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun üzərində aparılan şəxsi axtarış zamanı bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
1