Gürcüstanda qanunsuz yaşayan 50 xarici vətəndaş saxlanılıb
Bugün
134
Hadisə
A
Gürcüstanda qanunsuz yaşayan 50 xarici vətəndaş saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.

Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, keçirilən kompleks əməliyyatlar nəticəsində 50 nəfər qanunsuz əcnəbi saxlanılıb.

Saxlanılanlar arasında Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da var.

Məlumata görə, xüsusi miqrasiya nəzarəti tədbirləri çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları müxtəlif ünvanlarda və təyinatlı obyektlərdə yoxlamalar apararaq Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarını müəyyən ediblər.

Araşdırma nəticəsində məlum olub ki, saxlanılan şəxslər Gürcüstanın "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanununun tələblərini pozaraq ölkədə qanunsuz yaşayıblar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib. Onların ölkədən çıxarılması ilə bağlı müvafiq hüquqi prosedurlar davam etdirilir.

ŞƏRH YAZ
0