Gürcüstandan olan yük maşını sürücülərinin Rusiyada qalma qaydaları dəyişdi
30.06.2026 16:17
109
Maraqlı
A
Gürcüstandan olan yük maşını sürücülərinin Rusiyada qalma qaydaları dəyişdi

Rusiyada Gürcüstan və MDB ölkələrindən olan yük avtomobili sürücülərinin Rusiya ərazisində 180 gün qala bilməsini nəzərdə tutan qərar qüvvəyə minib.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Gürcüstan və MDB ölkələrindən olan yük avtomobili sürücüləri Rusiya ərazisinə daxil olmaq və orada 180 gün qalmaq üçün ərizə təqdim etməlidirlər.

Elektron ərizədə Rusiyaya daxilolma və orada qalma səbəbi, həmçinin pasportun və peşəkar fəaliyyəti təsdiq edən sənədlərin surətləri qeyd olunmalıdır.

Məlumat üçün bildirək ki, Gürcüstan və MDB ölkələrindən olan yük avtomobili sürücüləri üçün Rusiya ərazisində müvəqqəti qalma müddəti Rusiyanın Baş naziri Mixail Mişustinin aprelin 27-də imzaladığı qərarla 180 günədək uzadılıb. Qərar iyunun 30-da qüvvəyə minib.

ŞƏRH YAZ
1