Sənəd qəbulu artıq başlayıb: Marneulidən Kərbəlaya ziyarət təşkil ediləcək - FOTO
Bugün
319
Din
A
Sənəd qəbulu artıq başlayıb: Marneulidən Kərbəlaya ziyarət təşkil ediləcək - FOTO

Hz. Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseynin (ə) "Ərbəin" mərasimi münasibətilə Gürcüstandan İraqa ziyarət səfəri təşkil olunacaq.

Ənənəyə uyğun olaraq bu il də İmam Hüseynin (ə) qırx mərasimində iştirak etmək istəyən əzadarlar Kərbəlaya axın edəcəklər.

Marneulidən ilahiyyatçı, imamcümə Hacı Dr.Mirismayıl Əsədovun təşkilatçılığı ilə də ziyarət proqramı həyata keçiriləcək.

Ziyarətə daxildir:

İraqın Nəcəf, Kərbəla, Kazimeyn və Samirra şəhərlərindəki müqəddəs ziyarətgahların ziyarəti.

Nəqliyyat seçimləri və qiymətlər:

  • - Avtobusla: Gediş tarixi – 26 iyul | Qiymət – 400 ABŞ dolları

  • - Təyyarə ilə: Gediş tarixi – 31 iyul, qayıdş tarixi - 7 avqust | Qiymət – 830 ABŞ dolları

Ziyarətdə iştirak etmək istəyənlər sənədlərini iyulun 15-dək təqdim etməlidirlər.

Əlaqə nömrələri: +995 555516795 | +995 550 500313 | +995 558 014014

ŞƏRH YAZ
1