Kateqoriyalar
Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.
Aktual.ge xəbər verir ki, görüş zamanı səfir Faiq Quliyev Gürcüstanın müdafiə nazirinə yeni müdafiə attaşesi, polkovnik Arzu Həsənovu təqdim edib.
Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər həmçinin müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları çərçivəsində həyata keçirilən və nəzərdə tutulan məsələləri müzakirə ediblər.
