Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
Bugün
69
Dünya
A
Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır

Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır.

Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin açılış mərasimində deyib.

Türkiyə liderinin sözlərinə görə, Türkiyənin ən böyük uğurlarından biri müdafiə sənayesində əldə etdiyi sıçrayışdır:

"Yüksək ixrac potensialı sayəsində ölkəmiz bu sahədə dünyanın aparıcı dövlətləri sırasına daxil olub. NATO-nun ən böyük quru qoşunlarından birinə malik ölkə kimi malik olduğumuz imkan və bacarıqları ehtiyac duyulan hər yerdə alyansın xidmətinə təqdim etmək əzmindəyik".

Prezident Ərdoğan Türkiyənin müdafiə qabiliyyətlərini gücləndirmək üçün müxtəlif layihələrə əlavə 24 milyard dollar vəsait ayıracaqlarını da bildirib.

ŞƏRH YAZ
0