SON DƏQİQƏ! Tramp İranla atəşkəsin bitdiyini bəyan etdi
Bugün
346
Siyasət
A
SON DƏQİQƏ! Tramp İranla atəşkəsin bitdiyini bəyan etdi

“İranla atəşkəs bitdi. İranı xəstə adamlar idarə edir. İranın nüvə silahı olmamalıdır”.

Aktual.ge xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp dünən gecə İrana edilən hücum barədə danışarkən deyib.

“Biz İranda çox təhlükəli insanlara hücum etdik. Bunlar xəstə insanlardır və dəfn mərasimləri ilə məşğul olmalıdırlar, amma bunun əvəzinə gəmilərə raket atmağı seçdilər. Biz dünən gecə onlara çox ağır zərbələr endirdik. İranla atəşkəs artıq bitib. Biz yalançılarla mübarizə aparırıq. Onlar ağıllarını itiriblər, onlarda problem var. Sadəcə vaxt itirirlər”, - o, qeyd edib.

NATO Zirvəsinin Ankarada keçirilən ikinci günündə çıxış edən ABŞ Prezidenti Donald Tramp NATO-nun fəaliyyətindən narazılığını ifadə edib. O, İran məsələsində alyansın ABŞ-a dəstək vermədiyini bildirərək, İspaniyanı da tənqid edib.

ŞƏRH YAZ
5