Tbilisidə silahlı atışma: 4 nəfər yaralanıb, azyaşlılardan biri həyatını itirib
23.07.2026 01:04
1194
Dünya
A
Tbilisidə silahlı atışma: 4 nəfər yaralanıb, azyaşlılardan biri həyatını itirib

Tbilisinin Vera rayonunda odlu silahdan atəş açaraq dörd nəfəri yaralayan şəxs saxlanılıb. 

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs cari il iyulun 22-də Tbilisidə odlu silahdan atəş açaraq dörd nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralananlar arasında iki yetkinlik yaşına çatmayan şəxs də olub. Yaralılar klinikaya aparılıb. 

DİN-in məlumatına görə, yetkinlik yaşına çatmayanlardan biri xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra vəfat edib.

Qurumun bildirdiyinə görə, təqsirləndirilən şəxs saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərib. Saxlanılma zamanı onun əl barmaqları xəsarət alıb.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir şəxsi hadisədən dərhal sonra saxlayıblar.

İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il iyulun 22-də Tbilisidə odlu silahdan atəş açaraq dörd nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralananlar arasında iki yetkinlik yaşına çatmayan şəxs olub.

Onların hər dördü tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb. Lakin aldığı xəsarətlər nəticəsində yetkinlik yaşına çatmayanlardan biri xəstəxanaya çatdırıldıqdan qısa müddət sonra vəfat edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən qısa müddət sonra keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Təqsirləndirilən şəxs saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərib. Saxlanılma zamanı onun əl barmaqları xəsarət alıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.

ŞƏRH YAZ
7