Agentlikdən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq
23.07.2026 23:18
261
Maraqlı
A
Agentlikdən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq

23 iyul axşam saatlarından 24 iyulun səhərinədək Gürcüstanın əksər ərazisində arabir güclü yağış yağacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.

Agentlik xəbərdarlıq edib ki, Racha-Lechkhumi və Kvemo Svaneti, Samegrelo-Zemo Svaneti, İmereti, Samtskhe-Javakheti, Şida Kartli, Kvemo Kartli, Mtskheta-Mtianeti və Kaxeti bölgələrinin ərazilərində hava şəraitinin pisləşəcəyi gözlənilir.

"Gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin qalxmasına, kiçik çaylarda daşqınlara, təpəli və dağlıq zonalarda isə sürüşmə-sel proseslərinin yaranmasına və fəallaşmasına səbəb ola bilər",  - bildirilən məlumatda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq dəyərləndirilib.

ŞƏRH YAZ
0