Marneulidə ailəsinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb - VİDEO
23.07.2026 11:42
625
Kriminal
A
Marneulidə ailəsinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailə üzvünə qarşı törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

Məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində qarşılıqlı mübahisə zəminində həyat yoldaşına soyuq silahla xəsarətlər yetirib.

"Mübahisə zamanı təqsirləndirilən şəxsin anası da xəsarət alıb. Yaralılar müvafiq tibbi yardımın göstərilməsi məqsədilə klinikaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları 'isti izlər'lə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi şübhəli şəxs qismində saxlayıblar. Cinayət aləti olan bıçaq isə sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 11 prima 117-ci maddəsinin 3-cü hissəsi ilə aparılır ki, bu da 13 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - məlumatda deyilir.

Qeyd edək ki, hadisə dünən günün birinci yarısında Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qeydə alınıb.

ŞƏRH YAZ
3