Kateqoriyalar
Marneuli bələdiyyəsinin Candar qəsəbəsində gənc oğlan qaz silahından açılan atəş nəticəsində yaralanıb.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə iyulun 26-da axşam saatlarında baş verib.
İlkin məlumata görə, sərxoş vəziyyətdə olan gənc ağız nahiyəsindən açılan atəş nəticəsində ağır xəsarət alıb.
Hadisənin hansı zəmində baş verdiyi hələlik tam məlum deyil. İddialara əsasən, hadisə zamanı sərxoş gənclə zarafat edilirmiş.
Yaralı dərhal tibb müəssisəsinə çatdırılıb. Mövcud məlumata görə, o, ağız nahiyəsindən ağır xəsarətlər alıb, eyni zamanda qulaq pərdələri cırılıb.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyindən Aktual.ge xəbər portalına bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır.