Gürcüstanda yeni, ölümcül narkotik maddə peyda olub.
Aktual.ge xəbər verir ki, bu barədə ekspert həkim Zurab Sixarulidze sosial şəbəkədə yazaraq vətəndaşları xəbərdar edir.
Onun sözlərinə görə, narkotik maddə "Telegram" kanallarında intensiv şəkildə satılır və istifadəsi ciddi sağlamlıq riskləri ilə əlaqələndirilir. Bunlara aşağıdakılar daxildir:
• Güclü narahatlıq və panika;
• Hallüsinasiyalar və psixoz;
• Aqressiya;
• Qıcolmalar;
• Huşun itirilməsi;
• Nəfəs almaqda çətinlik;
• Bəzi hallarda isə ölüm.
“Əgər sizdə və ya yaxınlarınızdan birində belə maddənin qəbulundan sonra qəribə davranış, şüurun bulanması, qıcolma və ya tənəffüs problemləri yaranarsa, dərhal 112-yə zəng edin.
Xəbərdarlıq!
Gürcüstanda yeni, çox güclü sintetik kannabinoid (“spays” tipli maddə) peyda olub və 'Telegram' kanallarında çox intensiv şəkildə satılır. Bu maddə həmçinin K2 adı ilə də satılır.
Bu, adi marixuana deyil. Belə maddələr daha güclü və daha təhlükəli ola bilər. Onların istifadəsi ciddi sağlamlıq riskləri ilə əlaqələndirilir.
Ən təhlükəli məqam odur ki, istifadəçi çox vaxt hansı maddəni qəbul etdiyini belə bilmir. Çünki 'spays'ın tərkibi daim dəyişir. Həmçinin bu maddənin mefedron, alfa-PVP və digər stimulyatorlarla birlikdə istifadəsi vəziyyəti daha da ağırlaşdıra bilər" , - həkim sosial şəbəkə hesabında yazıb.