DTX rəhbəri və İvanişvilinin oğlunun adından istifadə edən keçmiş məmur dələduzluğa görə saxlanılıb
27.07.2026 16:17
289
Kriminal
A
DTX rəhbəri və İvanişvilinin oğlunun adından istifadə edən keçmiş məmur dələduzluğa görə saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda dələduzluq faktı üzrə bir nəfəri təqsirləndirilən şəxs qismində saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DTX məlumat verib.

"İstintaqla müəyyən edilib ki, güc strukturlarından birinin keçmiş əməkdaşı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qela Qeladzenin və 'Gürcü Arzusu'nun fəxri sədrinin oğlu Tsotne İvanişvilinin adından istifadə edərək, cinayət işlərindən biri üzrə penitensiar müəssisədə olan iki təqsirləndirilən şəxsin ailə üzvlərindən onların azadlığa buraxılacağı və sonradan prosessual sazişin bağlanması vədi müqabilində aldatma yolu ilə müxtəlif vaxtlarda ümumilikdə 11 min 300 lari alıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin 'b' bəndi ilə aparılır ki, bu da cəza qismində 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
2