2026-cı il vahid milli imtahanlarının ilkin nəticələri açıqlanır
Bugün
142
Siyasət
A
2026-cı il vahid milli imtahanlarının ilkin nəticələri açıqlanır

2026-cı il üzrə vahid milli imtahanlarda iştirak edən abituriyentlərin ilkin nəticələrinin elanına başlanılıb.

Aktual.ge xəbər verir ki, qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatına görə, hazırda gürcü dili və ədəbiyyatı, osetin dili, tarix, kimya, təsviri və tətbiqi incəsənət, eləcə də vətəndaş təhsili fənləri üzrə nəticələr açıqlanıb.

Abituriyentlər nəticələrini online.naec.ge portalına daxil olaraq şəxsi nömrə və səkkizrəqəmli parol vasitəsilə öyrənə bilərlər. Şəxsi kabinetdə onlar topladıqları ilkin balları və imtahan işlərinin surətini görə bilərlər.

Mərkəzin məlumatına görə, keçid balları fənlər üzrə dəyişir. Yekun nəticələr elan edildikdən sonra abituriyentlərin keçid balını toplayıb-toplamadığı dəqiq məlum olacaq.

ŞƏRH YAZ
0