Agentlikdən xəbərdarlıq: Güclü yağış gözlənilir
13.08.2026 20:25
313
Maraqlı
A
Agentlikdən xəbərdarlıq: Güclü yağış gözlənilir

13–15 avqust tarixlərində Gürcüstanın əksər ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentliyin məlumatına əsasən, 13–14 avqustda Acara-Quriya, Sameqrelo–Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti, Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti bölgələrində, 15 avqustda isə Kvemo Kartli, Kaxeti və Mtsxeta-Mtianeti bölgələrində güclü intensivlikdə yağış gözlənilir.

"Şimşək çaxması, dolu yağması və küləyin güclənməsi mümkündür. Gözlənilən güclü yağıntılar kiçik çaylarda daşqınlara, eləcə də təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - deyilən məlumatda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.

ŞƏRH YAZ
1