Gürcüstandan onlarla əcnəbi deport edilib
Bugün
145
Kriminal
A
Gürcüstandan onlarla əcnəbi deport edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər nəticəsində 67 xarici vətəndaşı ölkədən deportasiya edib.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

Bildirilib ki, deportasiya olunanlar arasında Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka və Çin vətəndaşları da var.

Qeyd olunub ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq qadağa qoyulub.

ŞƏRH YAZ
0