Marneulidə 3 gündür axtarılan gənc tapıldı
Bugün
825
Hadisə
A
Marneulidə 3 gündür axtarılan gənc tapıldı

Marneuli şəhərində təxminən 3 gündür itkin düşən 21 yaşlı Samir Məmmədov tapılıb.

Bu barədə Aktual.ge xəbər portalına gəncin atası Hamlet Məmmədov məlumat verib.

Atasının sözlərinə görə, sosial şəbəkələrdə Samirin itkin düşməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra gənc xəbəri görərək ailəsinə zəng edib.

“Xəbər sosial şəbəkədə yayıldıqdan sonra özü görüb və zəng etdi. Hazırda yaxşıdır. Polisdəyik, polis onun ifadəsini alır”, – deyə ata bildirib.

ŞƏRH YAZ
2