Kateqoriyalar
İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarının yenidən fəaliyyətini bərpa etməsinə icazə verməyəcək.
Aktual.ge Reporta-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun komandanı general-leytenant Əmir Hatəmi danışıb.
"Hər kəs bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıtmaq iqtidarında deyil və İran heç vaxt buna icazə verməyəcək",- agentlik Hatəmidən sitat gətirib.
Komandan həmçinin qeyd edib ki, ABŞ Hörmüz boğazından kənarlaşdırılıb:
"Artıq onların Fars körfəzinə, Oman dənizinə və Hörmüz boğazına daxil olmaq icazəsi yoxdur", - general-leytenant ifadə edib.