Vətəndaşlara fiziki zor tətbiq edərək telefonlarını əlindən alan 2 nəfər saxlanılıb, biri yeniyetmədir
Bugün
58
Kriminal
A
Vətəndaşlara fiziki zor tətbiq edərək telefonlarını əlindən alan 2 nəfər saxlanılıb, biri yeniyetmədir

Polis Tbilisi şəhərində qrup halında və zor tətbiq etməklə törədilən soyğunçuluq ittihamı ilə iki nəfəri, o cümlədən bir yeniyetməni saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

"Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən zor tətbiq etməklə törədilmiş soyğunçuluq ittihamı ilə iki nəfəri saxlayıblar; onlardan biri yeniyetmédir.

Təqsirləndirilən şəxslər Tbilisidə iki vətəndaşa fiziki zor tətbiq edib, onların bahalı mobil telefonlarını ələ keçirərək hadisə yerindən qaçıblar.

Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsləri şübhəli qismində saxlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə istintaq aparılır ki, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", – deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0