Bugün
154
Siyasət
A
"Ölkənin ərazi bütövlüyünün bərpası və abxazlarla birgəyaşayışa nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik" | Kaxa Kaladze

“İşğal haqqında qanun mövcuddur. Bizim tərəfimizdən atılan bütün addımlar bu qanun çərçivəsində həyata keçirilir. Ölkənin ərazi bütövlüyünün bərpası və abxazlarla birgəyaşayışa nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun Baş katibi, Tbilisi meri Kaxa Kaladze Abxaziyaya yanacaq tədarükü ilə bağlı açıqlamasında bildirib. 

“Bizim tərəfimizdən atılan bütün addımlar ümumilikdə gələcəklə bağlıdır. Müxalifət tərəfindən hər zaman düşmənçilik və dövlətçilikdən uzaq mesajlar eşidirik. Hələ seçki kampaniyası zamanı bunu xatırlayın: sadəcə bəyanat səviyyəsində müraciət edilmişdi və o zaman hansı açıqlamalar səsləndi.

Bu insanlar öz əməlləri ilə hər şeyi edəcək və Gürcüstanın ərazi bütövlüyünün bərpasına mane olmağa çalışacaqlar, çünki onlar vətənpərvər deyillər. Gürcüstan onlar üçün sadəcə bir ərazidir. Onlar kənardan idarə olunur və agentura rolunu oynayırlar. Buna görə də onlara nə tapşırılır, nə deyilir və nə tələb olunursa, onu edirlər.

Biz ölkəmizin ərazi bütövlüyünün bərpası üçün zəruri olan addımları həmişə atacağıq. İşğal haqqında qanun mövcuddur. Bizim tərəfimizdən atılan bütün addımlar bu qanun çərçivəsində həyata keçirilir. Xalqlar arasında münasibətlər çox vacibdir. Ölkənin ərazi bütövlüyünün bərpası və abxazlarla birgəyaşayışa nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Söhbət tibbi yardım, yanacaqla təminata dəstək və ya digər mühüm addımlardan gedirsə, biz hər zaman ölkəmiz üçün əhəmiyyətli olacaq addımlar atacağıq”, - deyə Kaxa Kaladze qeyd edib.

ŞƏRH YAZ
0