Kateqoriyalar
Marneuli bələdiyyəsinin Alqeti ərazi vahidliyində ciddi psixoloji problemləri olan 40 yaşdan aşağı kişi üç nəfəri bıçaqlayıb.
Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə bu gün günün birinci yarısında baş verib.
Mövcud məlumata əsasən, ciddi psixoloji problemləri olan kişini psixi xəstəxanaya yerləşdirmək istəyən üç yaxın qohumuna bıçaqla xəsarət yetirib.
Yaralılar Marneulidəki klinikalardan birinə yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Təsdiqini tapmayan məlumata görə, cinayəti tprədən şəxs saxlanılıb.
Aktual.ge hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.