Məhkəmə Marneuli merinin qardaşı barədə qərar verdi: Daha üç nəfərə də cəza verilib
Bugün
616
Kriminal
A
Məhkəmə Marneuli merinin qardaşı barədə qərar verdi: Daha üç nəfərə də cəza verilib

Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi 7 aylıq həbs cəzası ilə yekunlaşıb.

Aktual.ge-nin məlumatına görə, iyulun 19-da Bolnisi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim prokurorluğun vəsatətini təmin edib və Kənan İsmayılov barəsində 7 aylıq həbs cəzası təyin edib.

Məhkəmənin qərarına əsasən, həbs müddəti onun [7 aprel] saxlanıldığı gündən hesablanacaq. Bundan əlavə, cinayətdə iştirak edən daha 3 nəfər barəsində 2 il şərti cəza hökmü verilib.

Nə baş vermişdi?

Hadisə ilə bağlı ilk məlumatı aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. O qeyd etmişdi ki, distributordan biri çörəyin qiymətini artırmadığı üçün Marneuli meri Daur İsmayılovun qardaşı və onun ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb.

Hadisədən sonra Daxili İşlər Nazirliyi (DİN) yerli mediaya Kənan İsmayılovun saxlanıldığını və faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə istintaq başladıldığını açıqlayıb.

Aprelin 8-də isə Gürcüstan Baş Prokurorluğu hadisə ilə bağlı istintaqın Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi - qrup halında sağlamlığa qəsdən yüngül zərər vurma maddəsi ilə davam etdirildiyini bildirib.

Marneuli Magistrat Məhkəməsində ilk prosesdə 100 min lari girov təklif edilsə də, qəbul edilməmişdi.

ŞƏRH YAZ
1