Marneulidə bədbəxt hadisə gənc oğlanın həyatına son qoyub
18.08.2026 23:50
2167
Hadisə
A
Marneulidə bədbəxt hadisə gənc oğlanın həyatına son qoyub

Marneuli bələdiyyəsinin Maradisi kəndində gənc oğlan günəş panellərinin quraşdırılması zamanı həyatını itirib.

Aktual.ge-nin xəbərinə görə, hadisə bu gün baş verib.

Mövcud məlumata görə, gənc oğlan damdan yıxılaraq aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hadisə yerində müvafiq xidmətlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
6