Kaladze: Tbilisini iki aylıq çətin bir dövr gözləyir, hamımız birlikdə səbirli olaq
22.08.2026 12:34
642
Siyasət
A
Kaladze: Tbilisini iki aylıq çətin bir dövr gözləyir, hamımız birlikdə səbirli olaq

"Belə miqyaslı layihəni şəhərin ümumiyyətlə narahatlıq hiss etməməsi ilə həyata keçirmək mümkün deyil. Buna görə xahişimiz budur ki, hamımız birlikdə iki ay səbir edək ki, nəticədə uzun illər ərzində hamımızın fəxr edəcəyi bir nəticə əldə edək”.

Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxtın mərkəzi Rustaveli prospektində aparılan bərpa işləri ilə bağlı danışıb.

Mer video müraciətində bildirib ki, işlər kifayət qədər genişmiqyaslı olduğundan sentyabr ayından etibarən təxminən iki ay ərzində hərəkət baxımından Tbilisini çətin dövr gözləyir. Lakin bu, gələcəkdə paytaxtın tamamilə yenilənmiş Rustaveli prospektinə sahib olması üçün yaranan müvəqqəti narahatlıqdır.

Onun sözlərinə görə, meriya hərəkətin alternativ sxemlərinin təkmilləşdirilməsi istiqamətində maksimum səy göstərir ki, nəqliyyat yükünü mümkün qədər azaltsın. Bununla yanaşı, merin sözlərinə görə, bütün dəyişikliklər və qərarlar barədə vətəndaşlar əvvəlcədən məlumatlandırılacaqlar.

Kaxa Kaladze deyib ki, şəhərin inkişafı hər zaman sərt qərarlar, əmək və səbir tələb edir.

ŞƏRH YAZ
3