Gürcüstan dəhlizində yük maşınlarının sayı artıb | Büdcəyə 100 milyondan çox lari daxil olub
23.08.2026 22:35
46
İqtisadiyyat
A
Gürcüstan dəhlizində yük maşınlarının sayı artıb | Büdcəyə 100 milyondan çox lari daxil olub

2026-cı ilin yanvar-iyul aylarında Gürcüstan dəhlizindən keçən yük maşınlarının sayı illik müqayisədə 9 min 159 ədəd, büdcəyə ödənilən vəsait isə 3 milyon 204 min lari artıb.

Aktual.ge xəbər verir ki, konsolidasiya nəzərə alınmadan icmal büdcənin gəlirlərinə əsasən, 2026-cı ilin yanvar-iyul aylarında yük avtomobillərinin buraxılışından xəzinəyə 100 milyon 175 min 241 lari daxil olub. 2025-ci ilin eyni dövründə isə bu məbləğ 96 milyon 970 min 399 lari təşkil edib. 

Ödənişlərin artmasına uyğun olaraq, Gürcüstandan keçən yük maşınlarının sayı da artıb. Mövcud maliyyə göstəricilərinə əsasən, bu ilin yanvar-iyul aylarında ölkə dəhlizini 286 min 214 yük maşını keçib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 277 min 58 yük maşını olub.

İllik göstəriciyə gəlincə, 2025-ci ildə yük avtomobillərinin keçidindən xəzinəyə 171 milyon 286 min 748 lari daxil olub. Buna uyğun olaraq, həmin il sərhədi orta hesabla 489 min 390 yük maşını keçib.

Məlumat üçün bildirək ki, Gürcüstan sərhədində tranzit yük maşınları üçün yol istifadəsi rüsumu 350 lari təşkil edir. Bu tarif 2022-ci il iyunun 20-dən qüvvədədir. Bundan əvvəl sürücülər 200 lari ödəyirdilər.

ŞƏRH YAZ
2