Kateqoriyalar
Tuşetidə avtomobil qəzası baş verib və nəticədə bir nəfər həyatını itirib.
Aktual.ge xəbər verir ki, hadisə gecə saatlarında Omalo kəndində, Ziyarətçilər Mərkəzinin yaxınlığında baş verib.
Məlumata görə, içərisində 5 nəfərin olduğu yüksək sürətlə hərəkət edən “Toyota” markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb, 4 gənc isə xəsarət alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən Telavi xəstəxanasına çatdırılıblar.
Həkimin sözlərinə görə, yaralıların vəziyyəti stabildir.
Hadisə ilə bağlı araşdırma aparılır.