Gürcüstanda yanacağın bahalaşması tendensiyası davam edir. Son bir neçə gündə (3 sentyabr tarixindəki göstəricilərlə müqayisədə) brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti əlavə olaraq 3–7 tetri bahalaşıb.
Aktual.ge xəbər verir ki, son üç həftə ərzində müxtəlif növ yanacağın qiyməti ümumilikdə 5–35 tetri arasında artıb. Ən yüksək qiymət artımı isə dizel yanacağında qeydə alınıb.
Daha konkret olaraq, Aktual.ge xəbər portalı müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın qiymətlərinin necə olduğunu təqdim edir:
Gulf
G-Force Super — 4.35 lari;
G-Force Premium — 3.93 lari;
G-Force Avro Regular — 3.75 lari;
Avro Regular — 3.75 lari;
G-Force Avro Dizel — 4.53 lari;
Avro Dizel — 4.43 lari.
Wissol
Eko Super — 4.34 lari;
Eko Premium — 3.93 lari;
Eko Dizel — 4.57 lari;
Avro Dizel — 4.54 lari;
Avro Regular — 3.74 lari.
Socar
Nano Super — 4.30 lari;
Nano Premium — 3.91 lari;
Nano Avro Regular — 3.72 lari;
Avro 5 Dizel — 4.40 lari;
Nano Avro 5 Dizel — 4.50 lari.
Rompetrol
Efix Super — 4.36 lari;
Efix Avro Premium — 3.94 lari;
Efix Avro Regular — 3.73 lari;
Efix Avro Dizel — 4.55 lari;
Avro Dizel — 4.48 lari.
Portal
Super — 3.99 lari;
Premium — 3.79 lari;
Avro Regular — 3.63 lari;
Avro Dizel — 4.44 lari;
Effektiv Dizel — 4.29 lari.