Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
06.09.2026 22:28
252
İdman
A
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Avropa çempionu olub.

Aktual.ge xəbər verir ki, komanda turnirin finalında İtaliya ilə üz-üzə gəlib.

Türkiyə seçməsini İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalındakı qarşılaşmada rəqibini 3:2 hesabı ilə üstələyib.

Beləliklə, komanda tarixində ikinci dəfə Avropa çempionu olub. "Ay-ulduzlular" 2023-cü ildə də bu titula sahib çıxıb.

ŞƏRH YAZ
3