Baş nazir istefası barədə yayılan iddialara bir cümlə ilə reaksiya verdi
Bugün
264
Siyasət
A
Baş nazir istefası barədə yayılan iddialara bir cümlə ilə reaksiya verdi

“Bu sual adətən 3 ayda bir dəfə verilir, indi gözləyirəm 3 aydan sonra bu sualı bir daha verəsiniz”.

Aktual.ge xəbər verir ki, bu sözlərlə Baş nazir İrakli Kobaxidze vəzifəsindən mümkün istefası ilə bağlı jurnalistlərin sualına cavab verib.

Bununla yanaşı, İrakli Kobaxidze korrupsiyaya qarşı mübarizə istiqamətində gedən prosesdən də danışıb və bildirib ki, öz komandası ilə birlikdə “sistemi toplanmış problemlərdən təmizləyə bilməsi” üçün ona 1 il 5 ay lazım olub.

“Bu məsələnin təfərrüatlarına varmaq istəmirəm, yalnız bir şeyi deyəcəyəm. Mən baş nazir vəzifəsini tutduqdan sonra bilirsiniz ki, Bidzina İvanişvili tərəfindən korrupsiya ilə bağlı çox aydın bir göstəriş verilmişdi. Komanda ilə birlikdə və yenə də cənab Bidzina İvanişvilinin rəhbərliyi altında idarəetmə sistemi ilə bağlı mövcud problemləri aradan qaldırmaq üçün mənə 1 il 5 ay lazım oldu. Toplanmış problemləri aradan qaldırmaq üçün şəxsən mənə və bütövlükdə komandaya 1 il 5 ay vaxt lazım gəldi.

Bu barədə əlavə şərh verməyəcəyəm. Hər kəs öz problemlərinin qayğısına qalmalıdır. Biz konkret problemləri gördük. İdarəetmə sistemində mövcud olan prinsipial problemləri aradan qaldırmaq üçün mənə 1 il 5 ay lazım oldu. Bunu komanda həyata keçirdi və bu məsələ ilə bağlı Bidzina İvanişvilinin göstərişi olmuşdu. Əlbəttə, biz bunu əsas istiqamət kimi qəbul etdik və bu istiqaməti sona qədər həyata keçirdik. Bir il 5 ay ərzində sistemi toplanmış problemlərdən tamamilə təmizləməyi bacardıq”, -deyə İrakli Kobaxidze qeyd edib.

Baş nazir postunu Zura Pataradzenin (Acara Muxtar Respublikasının sədri - Red.) tuta biləcəyi barədə yayılan məlumatlara gəlincə, İrakli Kobaxidze bunu “spekulyasiya” adlandırıb və sualı verən jurnalistin “spekulyasiya” etdiyini söyləyib.

ŞƏRH YAZ
4