“Komandanın keçmiş liderlərindən birinin heç bir əsaslandırma olmadan bu məzmunlu açıqlamalar verməsi təəssüf doğurur. İnsanı özünü saldığı vəziyyətdə görmək də təəssüf doğurur”.
Aktual.ge xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze keçmiş hökumət başçısı İrakli Qaribaşvilinin həbsxanadan göndərdiyi məktubları şərh edərkən deyib.
"2012-ci ildən birlikdə yol gəlmişik. Əlbəttə, onu özünü saldığı vəziyyətdə görmək təəssüf doğurur. 2012-ci ildən etibarən bir çox çətinliklərdən keçmişik, çağırışların öhdəsindən gəlmişik. O, komandamızın liderlərindən biri idi”, - deyə Kaxa Kaladze qeyd edib.
Baş nazir İrakli Kobaxidzenin vəzifəsindən istefa verməsi ilə bağlı suala gəlincə, Kaladze Kaladze deyib:
“Polemikaya və spekulyasiyalara girmək fikrim yoxdur. İrakli Kobaxidze ləyaqətli baş nazirdir. O, dürüstlüyü, peşəkarlığı və əzmkarlığı ilə işinə layiqincə rəhbərlik edir. Ona uğurlar arzulamaq istəyirəm. Mənim tərəfimdən ona əlavə dəstək və ya yardım göstərmək lazım olarsa, bu insana dəstək verməyə hazıram. O, son dərəcə dürüst və ləyaqətli insandır”.