Kateqoriyalar
Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb.
Aktual.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində 2 nəfər qurtarılıb.
Məlumata görə, hadisə Rizə vilayətinin Çayəli rayonu sahillərində baş verib.
Qəza enişinin səbəbi hələlik müəyyənləşdirilməyib. Lakin təyyarənin Batumidən uçduğu bildirilir.
(YENİLƏNİB)