Batumidə böyük məbləğdə dələduzluq ittihamı ilə bir nəfər saxlanılıb
Bugün
75
Siyasət
A
Batumidə böyük məbləğdə dələduzluq ittihamı ilə bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları tərəfindən kompleks şəkildə həyata keçirilən istintaq tədbirləri nəticəsində bir nəfər külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilərək saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda pul vəsaitini qanunsuz mənimsəmək məqsədilə vətəndaşlara qızıl-zinət əşyaları biznesinə pul yatırmaları müqabilində əldə olunan gəliri onlarla bölüşəcəyini vəd edib.

Təqsirləndirilən şəxs bu yolla 11 zərərçəkmiş şəxsdən 707 975 lari və 296 000 ABŞ dolları dələduzluq yolu ilə mənimsəyib. Nəticədə zərərçəkmişlərə ümumilikdə 1 541 734 lari məbləğində külli miqdarda ziyan dəyib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi məhkəmə qərarı əsasında saxlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə araşdırma aparılır. Sözügedən maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0