Yeni tədris ili öncəsi “Əmin” Fondundan onlarla uşağa dəstək - FOTO
09.09.2026 22:35
229
Mədəniyyət
A
Yeni tədris ili öncəsi “Əmin” Fondundan onlarla uşağa dəstək - FOTO

“Əmin” Yardım Fondu (Valideyn himayəsindən məhrum ehtiyaclı uşaqlara yardım fondu) Gürcüstanın müxtəlif bölgələrində yaşayan valideyn himayəsindən məhrum 90 nəfər uşağa yeni tədrisi ili öncəsi dəstək göstərib.

Aktual.ge xəbər verir ki, fond xeyirxah dəstəkçilərinin yardımı ilə uşaqlar üçün məktəb çantaları və digər zəruri dərs ləvazimatları təqdim edib.

Bildirilib ki, fond bundan sonra da oxşar xeyriyyə təşəbbüslərini davam etdirəcək.

Fondun heyəti göstərdikləri dəstəyə görə bütün yardımsevər şəxslərə təşəkkür edib, uşaqlara yeni tədris ilində uğurlar arzulayıb.

ŞƏRH YAZ
1