Tbilisidə keçmiş həyat yoldaşını silahla hədələyən şəxs saxlanılıb
Bugün
28
Siyasət
A
Tbilisidə keçmiş həyat yoldaşını silahla hədələyən şəxs saxlanılıb

Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları keçmiş həyat yoldaşını odlu silahla hədələməkdə və onun azadlığını qanunsuz məhdudlaşdırmaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, ailə münaqişəsi zamanı təqsirləndirilən şəxs keçmiş həyat yoldaşını odlu silah nümayiş etdirərək öldürməklə hədələyib və müəyyən müddət ərzində onun azadlığını məhdudlaşdırıb.

Polisin keçirdiyi axtarış zamanı saxlanılan şəxsin evindən odlu və pnevmatik silahlar maddi sübut kimi götürülüb.

Məlumata görə, saxlanılan şəxs əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 11-150-ci və 11-151-ci maddələri ilə istintaq aparılır. Bu maddələr 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

ŞƏRH YAZ
0