2026-cı ilin ikinci rübündə Gürcüstanda muzdla çalışanların orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz və ya 177,3 lari artaraq 2 389,3 lari təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti — “Sakstat” məlumat yayıb.
Fəaliyyət sahələri üzrə ən yüksək orta əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:
İnformasiya və kommunikasiya – 4 400,4 lari ;
Maliyyə və sığorta fəaliyyəti – 4 074,1 lari;
Tikinti – 3 496,6 lari;
Peşə, elmi və texniki fəaliyyət – 3 304,8 lari;
“Sakstat”ın məlumatına görə, ikinci rübdə qadınların orta aylıq əməkhaqqı 1 927 lari, kişilərin əməkhaqqı isə 2 856,4 lari olub. İllik müqayisədə qadınların orta əməkhaqqı 157,5 lari, kişilərin əməkhaqqı isə 200,5 lari artıb.
Biznes sektorunda muzdla çalışanların orta aylıq əməkhaqqı illik müqayisədə 153,8 lari və ya 6,6 faiz artaraq 2 471,5 lari təşkil edib. Bu sektorda ən yüksək göstərici informasiya və kommunikasiya sahəsində — 4 463,9 lari, peşə, elmi və texniki fəaliyyət sahəsində isə 3 693 lari olub.
Qeyri-biznes və maliyyə sektorunda orta aylıq əməkhaqqı 215 lari və ya 10,6 faiz artaraq 2 239 lariyə çatıb. Bu sektorda ən yüksək əməkhaqqı maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanlarda qeydə alınıb.
Regionlar üzrə orta əməkhaqqının göstəricisinə görə Tbilisi və Mtsxeta-Mtianeti lider mövqedədir.