Husilər Ər-Riyad aeroportunu bombalayıb
08.10.2026 11:20
225
Dünya
A
Husilər Ər-Riyad aeroportunu bombalayıb

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (Husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən beynəlxalq aeroporta ballistik raket zərbəsi endirib.

Aktual.ge xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria sosial şəbəkə hesabında paylaşım edib.

Onun iddiasına əsasən, raketin birbaşa hədəfə dəyməsi səbəbindən paytaxt aeroportunda uçuşlar tamamilə dayandırılıb. Eyni zamanda, husilərin rəsmisi beynəlxalq hava yolu şirkətlərinə müraciət edərək Səudiyyə Ərəbistanı səmasında uçuşları dayandırmağa çağırıb.

O vurğulayıb ki, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinə istisna olmaqla, krallığın bütün hava məkanı hərbi əməliyyatlar meydanına çevrilib.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya üzrə Baş İdarəsi (GACA) bildirib ki, dünən və bu gün Abha şəhərindəki Abha Beynəlxalq Hava Limanına və paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumlar nəticəsində üç nəfər həyatını itirib, 36 nəfər isə xəsarət alıb.

ŞƏRH YAZ
1