Səfir Faiq Quliyev Marneulidən hansı mesajları verdi?
25.09.2026 22:50
78
Siyasət
A
Səfir Faiq Quliyev Marneulidən hansı mesajları verdi?

Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Faiq Quliyev bu gün, 25 sentyabr Marneulidə "Marneulioba" el bayramı tədbirində fəxri qonaq qismində iştirak edib.

Aktual.ge xəbər verir ki, bayram tədbirindən sonra Aktual.ge xəbər portalının suallarını cavablayan Azərbaycan səfiri "Marneulioba" münasibətilə Marneuli xalqını təbrik edib.

Səfir müsahibəsində eyni zamanda Marneulinin yeniləndiyini ifadə edərək, 

"Marneuli çiçəklənir, Marneuli yenilənir, Marneuli müasirləşir. Əlbəttə ki, böyüyür, genişlənir və genişlənən, böyüyən şəhərdə də əlbəttə ki, müəyyən bir ilkin mərhələdə çətinliklər də olur, infrastruktur və digər çətinliklər. Əminik ki, bu da sistemli şəkildə həyata keçiriləcək, icra olunacaq. Və necə ki, Marneuli şəhəri və Marneuli bələdiyyəsinin sakinləri cənab merə səs veriblər, etimad göstəriblər, 2025-ci ildə də və davamlı olaraq ona dəstək göstərəcəklər bu işdə. Bir daha bayramınız mübarək olsun!" , - deyə Faiq Quliyev qeyd edib.

Diplomat paytaxt Tbilisidəki Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünə qarşı törədilmiş vandalizm aktı ilə bağlı suala da belə cavab verib:

"21 sentyabrda səhər radələrində belə bir vandal akt baş verdi. Cinayət əməli törədildi. Hal-hazırda Gürcüstanın müvafiq dövlət qurumları tərəfindən, eyni zamanda Gürcüstanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər aidiyyəti qurumlar tərəfindən prosesual hərəkətlər, istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir. Qeyd olunan həmin o əməli törədən, cinayət əməlini törədən şəxs həbs olunub.

Mən əlavə məlumat vermək istəməzdim bu barədə, çünki qeyd etdiyim kimi əməliyyat-axtarış və digər prosesual hərəkətlər davam etdirilir. Bir məqamı qeyd etmək istərdim ki, bəzi insanlar, bəzi media nümayəndələri və yaxud da bəzi digər dairələr bu məlumatın üzərindən spekulasiya məqamı daşıyır düşüncələr bundan ibarətdir. Mən onlara da çağırış edib qeyd etmək istərdim ki, bu tipli məlumatları yayarkən diqqətli olsunlar.

prosesual  hərəkətlər bitməlidir. Əminik ki, cinayətkar öz cəzasını alacaqdır lazımi Gürcüstan qanunvericiliyi əsasında. Ona görə də bu işdə tələsmək lazım deyildir".

ŞƏRH YAZ
1