Kateqoriyalar
Qardabani bələdiyyəsinin Nəzərli kəndində qətl hadisəsi baş verib.
Aktual.ge xəbər portalına məlumatı yerli sakinlər təsdiqləyib.
Bu mərhələdə hadisənin tam təfərrüatları məlum deyil. İlkin məlumata görə, 40 yaşdan aşağı bir şəxs bıçaqlanıb və hadisə yerində həyatını itirib.
Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub.
Məlumata görə, ilkin olaraq təslim olmaq istəməyən şübhəli şəxs polis əməkdaşlarının apardığı danışıqlardan sonra saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.