Üç şəhərdə hava çirklənib | Qardabanidə isə...
18.10.2026 22:28
223
Maraqlı
A
Üç şəhərdə hava çirklənib | Qardabanidə isə...

Gürcüstanın bir neçə şəhərində havanın yüksək səviyyədə çirklənməsi qeydə alınır. 

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentliyin son məlumatlarına görə, bu gün, oktyabrın 18-də Gürcüstanın müxtəlif şəhərlərində atmosfer havasında bərk hissəciklərin (PM10 və PM2.5) konsentrasiyasının artması müşahidə olunur.

Hazırda atmosfer havasının keyfiyyəti portalı (air.gov.ge) Tbilisi, Qardabani və Rustavidə havada bərk hissəciklərin miqdarının artdığını göstərir.

18 oktyabr saat 16:00-a olan məlumata əsasən, havanın keyfiyyətinin “pis” və ya “çox pis” qiymətləndirildiyi monitorinq stansiyalarının siyahısını təqdim edir:

  • Tbilisi – AğMaşenebeli prospekti, №73a (pis);

  • Tbilisi – Tsereteli prospekti, №105 (pis);

  • Rustavi – Meqobroba prospekti, №35a (pis);

  • Qardabani – Təzəkənd (çox pis).

ŞƏRH YAZ
4