ABŞ-dan avtomobil gətirəcəyini vəd etdi, 75 min lari ələ keçirdi | Şəxs saxlanılıb
Bugün
244
Kriminal
A
ABŞ-dan avtomobil gətirəcəyini vəd etdi, 75 min lari ələ keçirdi | Şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Şöbəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir şəxsi saxlayıblar.

Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs zərərçəkmişə avtomobil gətirəcəyini vəd edib və onun göstərdiyi bank hesabına 75 min 104 lari məbləğində pul köçürtdürüb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşlara Amerika Birləşmiş Ştatlarından Gürcüstana avtomobillər gətirəcəyini vəd edib və bunun müqabilində 75 104 lari məbləğində vəsaiti onun göstərdiyi bank hesabına köçürtdürüb. Saxlanılan şəxs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və köçürülən məbləği tam şəkildə qanunsuz olaraq mənimsəyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs təqsirləndirilən şəxs qismində Qoridə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – DİN-in məlumatında bildirilib.

ŞƏRH YAZ
0