“Yandex Taxi” xidməti sərnişinlərdən gediş haqqını ikiqat tutur
12.10.2026 22:19
185
Hadisə
A
“Yandex Taxi” xidməti sərnişinlərdən gediş haqqını ikiqat tutur

Gürcüstanda Rusiyanın “Yandex Taxi” taksi xidməti sərnişinlərdən gediş haqqını ikiqat tutur.

Aktual.ge xəbər verir ki, bu barədə sosial şəbəkə məlumat yayıb.

Yazırlar ki, istifadəçilərin kartlarından hətta xidmətdən ümumiyyətlə istifadə etmədikləri halda da pul çıxılır.

“Yandex ilə səfər etməyi planlaşdıranlar bilsinlər ki, serverlərində problem var. Gediş başa çatdıqdan sonra 17 lari ödəməli olduğum halda kartımdan 26 lari çıxıldı. Heç kim taksi sifariş etməsin. Heç kimə yaza bilmirsiniz, dəstək xidməti də işləmir, pulunuzu da heç kim geri qaytarmayacaq”, – deyə bir vətəndaş sosial şəbəkədə yazıb.

Həmin paylaşımın şərh bölməsində digər vətəndaşlar da oxşar problemlərlə üzləşdiklərini bildiriblər:

  • “Dünən mən də xidmətdən istifadə etmədiyim halda kartımdan pul çıxıldı”.

  • “Dünən kartımdan 13 lari çıxıldı. Nə sürücü gəldi, nə də başqa bir şey oldu”.

  • “Məndə də eyni hal baş verdi. Nağd ödəniş zamanı texniki problem səbəbindən 25 lari əvəzinə 42 lari aldılar”.

Tətbiqin qismən fəaliyyətini dayandırmasının və nasaz işləməsinin səbəbinin ukraynalıların Rusiyada “Yandex”in məlumat bazasına zərbə endirməsi olduğu bildirilir.

ŞƏRH YAZ
1