Gürcüstan Konstitusiya Məhkəməsi beş müxalif siyasi partiyanın fəaliyyətinin konstitusiyaya zidd hesab edilməsi, qadağan olunması və qeydiyyatının ləğvi ilə bağlı iddianın araşdırılmasına başlayıb.
Aktual.ge xəbər verir ki, məhkəmə iclasları oktyabrın 21, 22 və 23-də keçiriləcək.
Gürcüstan parlamentinin 88 deputatının imzaladığı iddia beş siyasi qüvvəni əhatə edir: “Vahid Milli Hərəkat”, “Dəyişikliklər üçün Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər Partiyası” və Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan naminə” partiyası.
İddia müəllifləri hesab edirlər ki, adıçəkilən siyasi qüvvələr Gürcüstanın konstitusiya quruluşunu devirməyə və zorla dəyişdirməyə yönəlmiş fəaliyyət göstəriblər. Onların mövqeyinə görə, bu partiyaların fəaliyyəti Gürcüstan Konstitusiyasının 23-cü maddəsinin üçüncü bəndinin tələblərinə ziddir.
Məhkəmə prosesi ilə bağlı dinləmələrin hər üç gün saat 12:00-da başlanması nəzərdə tutulub