Rəsmi Moskva Gürcüstan məhsullarına qoyulan məhdudiyyətlərin səbəbini belə açıqladı
Bugün
234
Siyasət
A
Rəsmi Moskva Gürcüstan məhsullarına qoyulan məhdudiyyətlərin səbəbini belə açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, Gürcüstandan bəzi içkilərin idxalına tətbiq edilən məhdudiyyətlər məqsədyönlüdür və bunun heç bir siyasi əsası yoxdur.

Aktual.ge xəbər verir ki, o, bu barədə suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, məsələ Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) səlahiyyətlərinə daxildir.

“Qüvvəyə minən məhdudiyyətlər məqsədyönlüdür. Tamamilə rutin prosedurdan hansısa siyasi amil yaratmağa və bunun üzərindən spekulyasiya etməyə çalışdıqlarını görürük. Burada başqa bir məna axtarmağa ehtiyac yoxdur. Heç bir siyasi əsas yoxdur. Müəyyən tələblər mövcuddur və bu tələblər həmin məhsulları idxal edənlərə çatdırılıb. Deyə bilərəm ki, Rusiyaya onlarla gürcü şirkəti məhsul idxal edir. Pozuntular yalnız bir neçə müəssisədə aşkarlanıb. Qalan bütün şirkətlər prioritet bazar olan Rusiya bazarında problemsiz fəaliyyətlərini davam etdirirlər”, – deyə Mariay Zaxarova qeyd edib.

Qeyd edək ki, Rusiya bəzi Gürcüstan şirkətlərinin məhsullarının idxalına qadağa qoyulduğunu açıqlayıb. “Rospotrebnadzor” bildirib ki, oktyabrın 9-dan etibarən Rusiya Federasiyasına ərzaq məhsullarının idxalı və dövriyyəsinin dayandırılması məqsədilə müvəqqəti sanitar tədbir tətbiq edilib.

Qadağa aşağıdakı şirkətlərə şamil olunub:

  • “Teliani Valley”

  • “Tbilvino”

  • “Askaneli Brothers”

  • “Vainman”

  • “Gürcüstan Pivə Şirkəti”

  • “Coca-Cola”

  • “Nabeqlavi”

ŞƏRH YAZ
2