Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə, son günlər ərzində 98 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qurumun məlumatına görə, Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Türkmənistan, Pakistan, Türkiyə, Kuba, Rusiya, Azərbaycan, Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, Çin və digər ölkələrin ümumilikdə 98 vətəndaşı ölkədən deportasiya edilib.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub. Cari ildə Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Gürcüstandan 3 500-dən çox şəxs deportasiya edilib.