İrakli Kirtsxaliya: “Konstitusiya Məhkəməsində iddiamızın qələbəsi Gürcüstanın qələbəsi olacaq”
27.10.2026 13:01
245
Siyasət
A
İrakli Kirtsxaliya: “Konstitusiya Məhkəməsində iddiamızın qələbəsi Gürcüstanın qələbəsi olacaq”

“İnanıram ki, Konstitusiya Məhkəməsində iddiamız qalib gələcək və bu, birbaşa Gürcüstanın qələbəsi deməkdir!”.

Aktual.ge xəbər verir ki, bunu Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya qanunverici orqanın plenar iclasında çıxışını zamanı söyləyib.

O, çıxışına 5 müxalif siyasi partiyanın qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsində davam edən baxışları qiymətləndirməklə başlayıb.

Onun sözlərinə görə, “kollektiv Milli Hərəkat”ın bütün qolları aciz təbliğat üsulları ilə guya hansı cinayətlərə görə məsuliyyətə cəlb olunmalarının tələb edildiyini anlamadıqlarını göstərməyə çalışırlar.

“Artıq bir neçə gündür ki, cəmiyyət Konstitusiya Məhkəməsində gedən son dərəcə mühüm prosesi izləyir. Burada radikal müxalifətin - başqa sözlə, kollektiv ‘Milli Hərəkat’ın - konstitusiyaya zidd elan edilməsi ilə bağlı iddiaya baxılır. Belə bir şəraitdə kollektiv 'Milli Hərəkat'ın bütün qolları aciz təbliğat üsullarından istifadə edərək guya hansı cinayətlərə görə məsuliyyətə cəlb olunmalarını tələb etdiyimizi anlamadıqlarını göstərməyə çalışırlar. Bu agentura nümayəndələri həmçinin deyirlər ki, hansı cinayətin hansı qola aid olduğunu başa düşməyiblər.

Bu gün parlament kürsüsündən onlara öz cinayətlərinin kiçik bir hissəsini bir daha açıq şəkildə xatırlatmaq istəyirəm.

Bizim fikrimizcə, siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki işgəncə, qətl və reketçilik üzərində qurulmuş zorakı sistem yaratmısınız!

Bizim fikrimizcə, siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki seçkiləri ləğv etmiş, dövləti ələ keçirmişdiniz. Bidzina İvanişvilinin amili olmasaydı, bu gün ölkəmizin mövcud olub-olmayacağı belə sual altında qalardı.

Bizim fikrimizcə, siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki xain addımlarınız nəticəsində Gürcüstan ərazilərini itirdiniz, daha sonra isə beynəlxalq arenada Gürcüstanın müharibəni başladan tərəf kimi göstərildiyi sənədə imza atdınız.

Siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki 9 il ərzində Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərdiniz. Əraziləri təhvil verdikdən sonra ölkənin strateji obyektlərini işğalçı ölkənin iş adamlarına ötürdünüz.

Bizim fikrimizcə, siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki ölkədə elitar korrupsiyanı qanuniləşdirdiniz.

Siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki insanları küçədə, qorxu yaratmaq və başqalarına ibrət dərsi vermək məqsədilə, hədəf alaraq öldürdünüz.

Siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra 13 ildir heç bir seçkinin nəticələrini tanımır, ölkəyə və xalqa qarşı daim təxribat fəaliyyəti ilə məşğul olursunuz.

Siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki bu müddət ərzində ən azı 6 dəfə inqilab etmək və hakimiyyəti zorakılıq yolu ilə devirmək cəhdiniz olub! Dövlət institutlarını tanımır, konstitusiya quruluşunu və prinsiplərini tapdaq altına alırsınız.

Siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki nəinki bir-birinizlə cinayət əlaqəsində və koalisiyadasınız, həm də vahid siyasi orqanizm təşkil edir, Gürcüstanın sabitliyinə və suverenliyinə xələl gətirirsiniz.

Siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki gürcü xalqına deyil, xarici himayədarlarınıza xidmət edirsiniz, onların tapşırıqlarına uyğun hərəkət edirsiniz. Gürcüstanın maraqları sizin üçün nəinki ikinci, hətta üçüncü dərəcəli əhəmiyyət daşımır - milli maraq anlayışı sizin üçün ümumiyyətlə mövcud deyil!

Siz mühakimə olunmalı və qadağan edilməlisiniz, çünki Gürcüstanın Avropa gələcəyinə təxribat törədirsiniz, Brüsselin dəhlizlərində dolaşır, qul düşüncəsi ilə, bir ayaq üstə dayanmış kimi, himayədarlarınızdan yalvararaq xahiş edirsiniz ki, bizim hakimiyyətimiz dövründə Gürcüstanın Avropaya inteqrasiyası dayandırılsın. Daha sonra isə bütün bunlardan siyasi diskursda istifadə edirsiniz.

Bunu sonsuzadək davam etdirə bilərəm, amma burada dayanacağam. İnanıram ki, Konstitusiya Məhkəməsində iddiamız qalib gələcək və bu, birbaşa Gürcüstanın qələbəsi deməkdir!” , - deyə İrakli Kirtsxaliya qeyd edib.

ŞƏRH YAZ
7