Marneuli meri bir ildən sonra üçüncü müavinini təyin edib
Bugün
208
Siyasət
A
Marneuli meri bir ildən sonra üçüncü müavinini təyin edib

Marneuli meri Daur İsmayılov üçüncü müavinlik postuna bir il sonra yeni təyinat edib.

Aktual.ge xəbər verir ki, Marneuli Meriyasının əsas zalında keçirilən iclasda Daur İsmayılov yeni təyin olunan üçüncü müavin Vaxtanq Nadiradzeni meriya əməkdaşlarına və ictimaiyyətə təqdim edib.

O bildirib ki, yeni müavin bələdiyyənin MMC-ləri və tabeliyindəki təşkilatlarla bağlı fəaliyyət göstərəcək.

Qeyd edək ki, Vaxtanq Nadiradze bundan əvvəl Marneuli Meriyasının Audit Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Digər təyinatlara gəlincə, David Qoksadze Şəhərsalma, Məkan Planlaşdırılması, Memarlıq və Tikinti Xidmətinin, Giorgi Nemsadze İnfrastruktur Tikintisi və İnkişaf Prosesinin Planlaşdırılması Şöbəsinin, Qriqol Bolkvadze İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin, Beso Nijaradze isə Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

ŞƏRH YAZ
1