Kateqoriyalar
Marneuli-Sadaxlı avtomagistralının Tsereteli kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge-nin xəbərinə görə, hadisə zamanı üç minik avtomobili toqquşub.
Toqquşma nəticəsində avtomobillər idarəetmədən çıxaraq yolun hərəkət hissəsindən kənara düşüblər.
Məlumata görə, qəza nəticəsində sürücülər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
