Ləmbəlidə iki qardaşı öldürən şəxslə bağlı prokurorluqdan AÇIQLAMA
07.11.2026 21:04
551
Kriminal
A
Ləmbəlidə iki qardaşı öldürən şəxslə bağlı prokurorluqdan AÇIQLAMA

Noyabrın 5-də Ləmbəli kəndində iki qardaşın qətlə yetirilməsi ilə bağlı saxlanılan şəxsə prokurorluq tərəfindən rəsmi ittiham irəli sürülüb.

Aktual.ge xəbər verir ki, barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

"Daxili İşlər Nazirliyinin (DİN) apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəllər aralarında yaranmış münaqişəyə görə qisas almaq məqsədilə üç qardaşı öldürmək qərarına gəlib.

Cari il noyabrın 5-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində təqsirləndirilən şəxs qeydiyyatda olan odlu silahdan qanunsuz əldə etdiyi hərbi təyinatlı patronlardan istifadə edərək qardaşlara bir neçə dəfə atəş açıb. Nəticədə qardaşlardan ikisi aldıqları güllə yaralarından hadisə yerində ölüb, üçüncü qardaşa isə atılan güllələr dəyməyib. Atəş açılması nəticəsində qardaşlarla birlikdə olan digər bir şəxsin də həyatı və sağlamlığı təhlükə altına düşüb. Təqsirləndirilən şəxs hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları onu qısa müddət ərzində saxlayıblar.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 'b' və 'l' yarımbəndləri, 109-cu maddəsinin 'b' və “l” yarımbəndləri (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və iki şəxsi qəsdən öldürmə, digər şəxsin həyatı və ya sağlamlığı üçün bilərəkdən təhlükə yaradan vasitədən istifadə etməklə), həmçinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri (döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) ilə ittiham irəli sürülüb.

Bu maddələr üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı artıq məhkəməyə müraciət edib",  - məlumatda deyilir.

ŞƏRH YAZ
0