Qışda avtomobili sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır? | Ekspertdən mühüm tövsiyələr
Bugün
375
Maraqlı
A
Qışda avtomobili sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır? | Ekspertdən mühüm tövsiyələr

Qış aylarında avtomobili idarə etməzdən əvvəl mühərrikin qızdırılması məsələsi aktuallığını qoruyur, lakin yeni nəsil avtomobillərdə bu proses daha az vaxt tələb edir.

Aktual.ge xəbər verir ki, bunu avtomobil mütəxəssisi Dmitri Slavnov deyib.

Ekspertin sözlərinə görə, avtomobilin qızdırılması zərurəti şaxtalı havalarda yanacaq qarışığının çətin əmələ gəldiyi karbüratorlu mühərriklərin istifadə olunduğu dövrdən yaranıb.

"İndiki injektorlu avtomobillərin əksəriyyətində yanacağın verilməsinə mühərrikin işini idarə edən elektron sistem nəzarət edir. Buna baxmayaraq, soyuq havada mühərriki işə saldıqdan dərhal sonra qaz pedalına basmaq məsləhət görülmür", - deyə ekspert bildirib.

Slavnov qeyd edib ki, mühərrikin qızdırılması üçün ən uyğun müddət havanın temperaturundan asılı olaraq 3-5 dəqiqədir.

Onun sözlərinə görə, bu müddət ərzində mühərrik qismən qızır və mühərrik yağı sistemin bütün hissələrinə yayılır.

ŞƏRH YAZ
0