FDA-dan dünyaya xəbərdarlıq: Məşhur arıqlama dərmanları korluğa səbəb ola bilər
Bugün
76
Sağlamlıq
A
FDA-dan dünyaya xəbərdarlıq: Məşhur arıqlama dərmanları korluğa səbəb ola bilər

ABŞ-da dərmanların təsdiqlənməsi prosesinə cavabdeh olan Qida və Dərman Administrasiyası (FDA) Ozempic və Wegovy kimi məşhur arıqlama dərmanlarının daimi görmə itkisinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Aktual.ge xəbər verir ki, FDA diabetlə yanaşı, piylənmənin müalicəsində də istifadə olunan və böyük satış rəqəmlərinə çatan bütün GLP-1 qrupu dərmanları üçün bu riskin keçərli olduğunu bildirərək, məhsulların təlimat vərəqələrinə (prospektuslarına) müvafiq xəbərdarlığın əlavə edilməsini tələb edib.

Sözügedən dərmanlar arasında Ozempic, Wegovy, Mounjaro, Zepbound və Soliqua da var. Bu preparatlar inyeksiya və ya həb formasında istifadə olunur.

Nadir rast gəlinən bu əks-təsir ciddi görmə itkisinə gətirib çıxara bilər. FDA-nın məlumatına görə, problem gözün optik sinirinə gedən qan axınının azalması ilə əlaqəlidir. Lakin bunun dəqiq səbəbi hələlik tam məlum deyil.

Əks-təsir nə dərəcədə yayğındır?

FDA alimləri sözügedən şikayəti 2024-cü ildən bəri araşdırırlar.

İndiyədək 125-dən çox klinik sınağı təhlil edən FDA-ya görə, ən azı bir il ərzində GLP-1 dərmanı istifadə edən hər 100 min xəstədən 6-da bu problemə rast gəlinib.

Xəstəliyin əlamətləri arasında dumanlı görmə, görmə sahəsində kor nöqtələrin yaranması, rəngləri qavrama qabiliyyətinin pozulması və digər görmə qüsurları yer alır.

Qurum bu cür problemlərlə qarşılaşan xəstələrin dərhal səhiyyə mütəxəssisinə müraciət etməli olduqlarını vurğulayıb.

ŞƏRH YAZ
1